SOCAR-ın Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının II kurs tələbəsi Gültac Seyid və III kurs tələbəsi Vüqar Abduləliyevin təmsil olunduğu “3leet” komandası Azərbaycan-Fransız Universitetində “Azercell” şirkətinin sponsorluğu ilə keçirilən “Code for Future” hakatonunda qalib olub.
Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.
Qeyd olunub ki, komanda rəqəmsal aktiv bazar həlli mövzusuda təklif etdiyi həll ilə yarışmanın qalibi elan edilib. Komandada BANM tələbələri ilə yanaşı, UFAZ-ın tələbəsi də təmsil olunub.