Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələr üçün “Mən kim olacağamm?” adlı yeni videomüsabiqəyə start verib.
Bu barədə "Tehsil.biz"ə AzMİU-dan bildirilib.
Müsabiqə çərçivəsində tələbələr öz ixtisaslarını tanıdacaq və mükafat qazanacaqlar.
Qeyd olunub ki, müsabiqənin şərtləri çox sadədir. Layihə çərçivəsində 1 dəqiqəlik videotəqdimat hazırlamaq və onu sosial şəbəkələrdə paylaşmaq lazımdır. Tələbə videonu universitetin görkəmli yerlərindən birində çəkməli, şəxsi sosial paylaşmalıdır. Daha sonra paylaşım linkini +994503311695 vatsap nömrəsinə göndərməlidir.
Hər ixtisas üzrə təsadüfi üsulla seçilmiş 2 videotəqdimat AzMİU-nun sosial şəbəkə hesablarında paylaşılacaq. Növbəti mərhələdə isə AzMİU-nun sosial şəbəkə hesablarında ən çox bəyənilən 5 videotəqdimat Azərbaycan universitetlərinin feysbuk səhifəsində yayımlanacaq. Bu mərhələdə də bəyənmə sayı əsas götürüləcək. Ən çox bəyənilən videotəqdimatın sahibinə 500 AZN məbləğində mükafat veriləcək.
Qalibə və Azərbaycan universitetlərinin feysbuk səhifəsində videotəqdimatı paylaşılan digər tələbələrə isə AzMİU-nun rektoru tərəfindən fəxri fərmanlar təqdim ediləcək.
Müsabiqənin birinci mərhələsi mayın 15-dək, 2-ci və 3-cü mərhələlər isə may ayının sonuna kimi davam edəcək.