SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Tarix klubunun təşkilatçılığı ilə memarlıq incilərindən biri olan Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.
Qeyd olunub ki, ali məktəbin müəllimi dosent Pərvin Ahənçi Mərkəzdə nümayiş etdirilən eksponatlarla bağlı tələbələrə məlumatlar verib.
