Paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri çərçivəsində Azərbaycan Dövlət Pantomim Teatrının heyəti aprelin 24-də İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində, saat 14:00-da tamaşaçıların qarşısına çıxacaq.
Tehsil.biz xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan, 22 və 24 aprel tarixlərini əhatə edən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Layihə “Heydər Əliyev İli” və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinə həsr olunub.