Logo

Tələbələrin ADU-nun məzunu ilə görüşü təşkil edilib

22.04.2023 11:01 451 baxış
IMG

Aprelin 20-də Azərbaycan Dillər Universitetinin (ADU) jurnalistika ixtisasının II kurs tələbələri "Print media istehsalı texnologiyası" dərsində ADU-nun jurnalistika ixtisası üzrə məzunu, ARB telekalının Redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü  Səddam Laçın ilə dərs çərçivəsində görüşüblər.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Görüşdə qonaq iş təcrübəsini tələbələrlə bölüşüb. Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Çərkəzqızının təşəbbüsü ilə baş tutan görüşdə Televiziya, radio, mətbuat və sosial şəbəkələrin jurnalistikada rolu və bu sahədə uğur qazanmağın yolları və s. mövzular üzrə ətraflı müzakirələr aparılıb. 

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və xatirə fotosu çəkilib.

Xəbər lenti