Logo

Qəbələdə məktəbdə yanğın olub

22.04.2023 00:31 414 baxış
IMG

Qəbələ rayonununda məktəbdə yanğın olub.

Tehsil.biz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bayramkoxalı kəndində tam orta məktəbin ərazisində ümumi sahəsi 176 m² olan birmərtəbəli idman zalının dam örtüyünün taxta atmaları 60 m² sahədə və yaxınlıqda yığılan 8 m³ odunun 1 m³ yanıb.

İdman zalının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti