Logo

Gənclər və idman naziri ADPU-nun Quba filialında tələbələrlə görüşüb - FOTO

20.04.2023 10:42 437 baxış
IMG

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tələbə-gənclərlə görüşüb.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə nazir filialın idman meydançasında tələbələrin futbol yarışını izləyib, sonra universitetin auditoriyasında ingilis dili dərsini izləyib, tələbələrlə söhbət edib.

Ali təhsil ocağının akt zalında keçirilən görüşdə gəncləri dinləyən nazir onların fəaliyyətləri, uğurları, təklif və arzuları ilə maraqlanıb, suallarını cavablandırıb, müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

Xəbər lenti