Logo

ATMU ilə İsrailin turizm müəssisələri arasında əlaqələr genişlənir

19.04.2023 23:15 268 baxış
IMG

İsrailin turizm nazirinin müşaviri Yulia Rachinsky Spivakov və həmin ölkədə fəaliyyət göstərən “İSR” hotellər şəbəkəsinin nümayəndəsi Ester Kricheli Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.

ATMU-dan "Tehsil.biz"ə bildirilib ki, rektor İlham Mədətov qonaqlara universitetin tədris prosesi və beynəlxalq əlaqələri barədə məlumat verib. O, ATMU ilə İsrailin nüfuzlu turizm müəssisələri arasında əlaqələrin səmərəli olduğunu deyib.

Rektor bu istiqamətdə əməkdaşlığın möhkəmləndirilməsini şərtləndirən amillərdən danışıb. Qeyd edib ki, 2010-cu ildən etibarən ATMU-nun turizm ixtisası üzrə təhsil alan tələbələri peşəkar vərdişlərə yiyələnmək üçün İsraildə istehsalat təcrübəsi keçirlər.

Xəbər lenti