Logo

AƏSMA-da konfrans: “Müstəqil vergi siyasəti və onun uğurlu davamı” - FOTO

19.04.2023 17:18 206 baxış
IMG

Aprelin 19-da Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Maliyyə -iqtisad” fakültəsinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müstəqil vergi siyasəti və onun uğurlu davamı” adlı tələbə elmi-praktiki konfrans keçirilib.

Bu barədə "Tehsil.biz"ə AƏSMA-dan bildirilib.

Konfransı giriş nitqi ilə Akademiyanın “Tədris və elmi işlər” üzrə prorektoru prof. F.F.Möhbalıyev açaraq H.Əliyevin həyat və yaradıcıllığından geniş bəhs edib. Daha sonra Maliyyə və mühasibat uçotu kafedrasının müəllimlərinin hazırladıqları tələbələr - Eyvazova Minəxanım,Qəhrəmanlı Fuad, Məmmədova Fatimə, İsmayılova Arzu, Hüseynova Günəş, Qurbanova Aysel, Qədirova Xəyalə, Allahverdiyeva Aynurə, Məmmədova Rəqsanə, Məmmədova Röya müxtəlif mövzularda təqdimatlar ediblər.

Konfrans zamanı Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilib.

Konfransın sonunda “Maliyyə -iqtisad” fakültəsinin dekanı dos.H.Ə.Mirzəyeva tələbələrə minnətdarlığını bildirərək iştiraklarına görə sertifikatlarla təltif edib.

Xəbər lenti