Logo

BSU “Heydər Əliyev İli” çərçivəsində keçirilən ağacəkmə aksiyasına qoşulub - FOTO

19.04.2023 16:44 221 baxış
IMG

Aprelin 19-da Bakı Slavyan Universiteti Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən ağacəkmə aksiyasına qoşulub.

Tehsil.biz xəbər verir ki, ağacəkmə aksiyasında BSU-nun rektoru Anar Nağıyev, universitetin əməkdaşları və tələbələri iştirak ediblər.

Rektor Anar Nağıyev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin bu tarixi yubileyi münasibətilə  ölkəmizdə müxtəlif silsilə tədbirlər, o cümlədən ağacəkmə aksiyaları keçirilir. O, vaxtilə Ulu öndərin özünün iştirakı ilə keçirilmiş ağacəkmə aksiyalarının uzun illərin ən gözəl ənənələrindən olduğunu deyib. Rektor bütün digər sahələrdə olduğu kimi, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekolojin siyasətin də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanın qalib ölkəyə çevrilməsi, beynəlxalq aləmdə söz sahibi olaraq dövlətlər arasında yer alması məhz İlham Əliyevin siyasətinin nəticəsidir.

Rektor ağacəkmə aksiyasının simvolik bir məna daşıdığını, Azərbaycanın inkişafını və çiçəklənməsini göstərən əlamət olduğunu vurğulayıb.

Anar Nağıyev BSU-nun böyük sevgi ilə bu kampaniyaya qoşulduğunu diqqətə çatdırıb.

Aksiya çərçivəsində BSU-nun hər iki tədris binasında müxtəlif növlü yeni ağaclar əkilib.

Xəbər lenti