Logo

Bakıda 6 məktəb onlayn tədrisə keçəcək - SİYAHI

19.04.2023 16:18 593 baxış
IMG

Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” ("Formula 1") yarışı ilə əlaqədar 24-29 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.

Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O bildirib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə gerçəkləşəcək.

Xəbər lenti