Logo

ADU-nun əməkdaşları Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində olublar - FOTO

19.04.2023 15:31 361 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Xuraman Əsgərova, baş müəllimlər Nailə Hüseynova və Gülşən Əhmədova, Filologiya fakültəsi nəzdində Alman dilinin qrammatikası və fonetikası kafedrasının baş müəllimləri Məryəm Babayeva və Solmaz Əlizadə, Alman-Azərbaycan Mübadilə Xidmətinin (DAAD) ADU-dakı rəhbəri Mara Liza Gezer Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində olublar.

Bu barədə "Tehsil.biz"ə ADU-dan məlumat verilib. Bildirilib ki, görüşdə DAAD rəhbəri Almaniyada təhsil sistemi, DAAD təqaüd proqramları haqqında şagirdlərə məlumat verib. Bu mövzu ilə bağlı şagirdlərin sualları cavablandırılıb, Almaniyanın milli bayramı olan Ostern (Pasxa) milli atributlarla şagirdlərə təqdim olunub.

Universitet əməkdaşlarının çap və tərcümə olunmuş kitabları Bağça-Məktəb-Lisey Kompleksinin kitabxanasına hədiyyə edilib.

Sonra müəllim və tələbələr Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyinin ziyarət ediblər.

Xəbər lenti