Logo

Tələbələr üçün “Peşəkar karyera, xoşbəxt həyat” mövzusunda seminar təşkil olunub

19.04.2023 15:24 253 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün “Peşəkar karyera, xoşbəxt həyat” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə BMU-nun Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev bu səpkidə keçirilən seminarların əhəmiyyətindən danışıb. Dekan seminarda səslənən fikirlərin tələbələr üçün faydalı olacağına, onların daha çox bacarıqlar qazanmasına mühüm töhfə verəcəyinə inandığını bildirib.

Sonra əsas məruzəçi qismində çıxış edən “Sat Group” şirkətinin həmtəsisçisi və direktoru Azad Qəhrəmanov öncə 2014-cü ildə təsis olunan şirkətin əsas fəaliyyət istiqamətlərinə qısaca toxunub. O, həmçinin müəllifi olduğu və Azərbaycanda ən çox satılan kitablardan olan “SAT!” haqqında məlumat verib.

A.Qəhrəmanov hər bir şəxs üçün vacib olan peşəkar karyera və xoşbəxt həyatın qurulması istiqamətlərini əhatə edən geniş təqdimatında uğur qazanmaq, xoşbəxtliyə gedən yolda insana yardımçı ola biləcək əsas xüsusiyyətlərdən danışıb.

Tələbələrin suallarına aydınlıq gətirən A.Qəhrəmanov, həmçinin onlara uğura nail olmaq üçün haradan başlamaqla bağlı məsləhətlərini verib, peşəkar karyera ilə əlaqədar dünyaca məşhur şəxslərin nəzəriyyələrindən misallar gətirib.

Sonda seminarda aktivliyi ilə fərqlənən 7 tələbəyə tədbirin təşkilatçısı olan BMU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyələr verilib.

Xəbər lenti