Logo

BDU Gəncədə Mir Cəlal adına 39 nömrəli tam orta məktəbə kompüter və kitablar hədiyyə edib - FOTO

19.04.2023 14:00 252 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş silsilə tədbirləri Gəncədə davam edir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Əvvəlcə BDU rektoru Elçin Babayev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Universitetin nümayəndə heyəti Gəncədə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Daha sonra BDU-nun nümayəndə heyəti Gəncədə Mir Cəlal adına 39 nömrəli tam orta məktəbdə olub. Görkəmli ədibin büstü önünə gül dəstələri qoyulub.

BDU tərəfindən məktəbə “Bestcomp” şirkətinin dəstəyi ilə alınan kömpüter dəsti hədiyyə edilib. Bundan əlavə, məktəbə BDU Elmi Kitabxanasından 102 adda 125-dək kitab da hədiyyə olunub.

Daha sonra məktəbin şagirdlərinin ifasında Mir Cəlalın əsərləri əsasında hazırlanmış səhnəciklər göstərilib, görkəmli yazıçının məşhur aforizmlərindən seçmələr səsləndirilib.

Xəbər lenti