Logo

Neft və Qaz İnstitutunda Qazax Milli Tədqiqat Texniki Universitetinin tələbələri təcrübə keçəcəklər - FOTO

19.04.2023 13:32 316 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu və Qazaxıstanın K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq haqqında imzalanan memoranduma əsasən, K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin “Neft-qaz və filiz geofizikası” və “Neft və qaz geologiyası” fakültəsinin II kurs magistrant tələbələrinin bir qismi Neft və Qaz İnstitutunda, o cümlədən onlardan 4 nəfəri şöbə müdiri f.-r.e.d. Ədalət Həsənovun Neftli-qazlı hövzələrin analizi şöbəsində və digər 4 nəfər Lətif Sultanovun rəhbərliyilə Neftli-qazlı komplekslərin litologiyası şöbəsində təcrübə keçəcəklər.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tələbələr təcrübə müddətində geoloji kəşfiyyat və neft-qaz texnologiyaları sahəsində dərin bilik və praktiki bacarıqlara malik olmağı və müasir effektiv idarəetmə üsullarının tətbiqi üzrə məlumat əldə edəcəklər.

Xəbər lenti