Logo

Xaricdə doktorantura təhsilinə qeydiyyat sabah yekunlaşır

19.04.2023 11:42 432 baxış
IMG

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, proses aprelin 20-də yekunlaşacaq.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısını, elana dair ətraflı məlumatı nazirliyin saytından əldə etmək mümkündür.

Əlavə sual yaranarsa, FAQ/MVS və ya [email protected] elektron poçt ünvanına müraciət etmək olar.

Xəbər lenti