Logo

AzTU-da DAAD-nin təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib

19.04.2023 09:51 371 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

Bildirilib ki, tədbirdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov AzTU ilə DAAD-nin uzunmüddətli  əməkdaşlığından, təqaüd proqramlarının mühəndislik ixtisasları üzrə yaratdığı imkanlardan danışıblar.

Daha sonra DAAD-nin AzTU-da alman dilini tədris edən müəllimi Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin fəaliyyəti, magistratura və doktrantura səviyyələri üzrə təqaüd proqramları haqqında tələbələrə ətraflı məlumat verib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti