Logo

“Danışan tarix” adlı dəyirmi masa keçirilib - FOTO

18.04.2023 13:57 515 baxış
IMG

Aprelin 17-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, Masallı Dövlət Rəsm Qalereyası və Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Salyan Regional İdarəsinin Masallı şöbəsinin birgə əməkdaşlığı ilə “18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar “Danışan tarix” adlı dəyirmi masa keçirilib.

Tehsil.biz xəbər verir ki, muzeydə keçirilən tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlət tərəfindən görülmüş işlərdən söhbət açıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban Əliyevanın tarixi abidələrin təbliği və qorunması sahəsində ölkə daxilində və xaricində həyata keçirdikləri əvəzsiz xidmətlər hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. Sonra muzeyin əməkdaşı Sevinc Əliyeva bu əlamətdar günün tarixi və bölgənin abidələri ilə bağlı geniş məlumat verib.

Tədbirdə qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov və Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Salyan Regional İdarəsinin Masallı rayon şöbəsinin baş mütəxəssis, abidə mühafizəçisi Samir Mirzəyev də çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər.

Xəbər lenti