Logo

BP-nin vitse-prezidenti məktəblilərlə görüşəcək

18.04.2023 13:30 443 baxış
IMG

"Məktəbdə...” layihəsinin növbəti görüşü aprelin 19-da Bakı şəhəri 8 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı BP şirkətinin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse- prezidenti Bəxtiyar Aslanbəyli olacaq.

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Xəbər lenti