Logo

"Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən nasir" adlı tədbir keçirilib

18.04.2023 09:43 373 baxış
IMG

Aprelin 17-də Masallı rayon Mərkəzi Kitabxanasında yazıçı, dramaturq Salam Qədirzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kitabxananın əməkdaşları Gülər Piriyeva, Arzu Hüseynova çıxış edərək yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd olunub ki, ilk əsəri  1948-ci ildə "Pioner" jurnalında işıq üzü görən  yazıçı ömrünün sonuna kimi dövri mətbuatda müntəzəm çıxışları ilə öz yaradıcılıq istedadını nümayiş etdirib. Salam Qədirzadənin  "Kəndimizdə bir gözəl var", "Sevdasız aylar", "Ulduzlar sayrışanda" kitabları,  "Ülkər Aytəkin", "46 bənövşə" povestləri oxucular tərəfindən sevilən əsərlərdəndir.

Xəbər lenti