Logo

AzTU “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır

05.03.2021 15:24 775 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də  direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Tağı Tağızadə və müəssisənin digər əməkdaşları ilə görüş keçirib.

 

Görüş zamanı qurumlararası mümkün əməkdaşlıq istiqamətləri, o cümlədən universitet tələbələrinin müəssisədə təcrübə imkanları, böyük həcmli verilənlər (big data) sahəsində birgə tədqiqatlarla bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti