Logo

“Emanat” şirkətinin nümayəndəsi Azərbaycan Universitetinin tələbələri ilə görüşüb - FOTO

17.04.2023 23:55 544 baxış
IMG

Özünəxidmət nağd ödəniş terminalları şəbəkəsi “Emanat” şirkətinin insan resursları departamentinin meneceri Günel Qaçayeva Azərbaycan Universitetinin tələbələri ilə görüşüb.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, tələbələr qarşısında təqdimatla çıxış edən qonaq “Emanat” şirkətinin yaranması və keçdiyi inkişaf yolu haqqında məlumat verib, şirkətin təcrübə proqramları və vakansiyalarına müraciət qaydaları, o cümlədən iş müsahibələri zamanı diqqət edilməli məqamları açıqlayıb. 

Təqdimatın ardından tələbələrin mövzu istiqamətində sualları cavablandırlıb.

Sonda Günel Qaçayeva tərəfindən verilən sualları doğru cavablandıran üç tələbəyə  “Emanat” şirkətinin hədiyyələri təqdim olunub.

Qeyd edək ki, görüş Azərbaycan Universitetinin Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Xəbər lenti