Logo

Fizika-riyaziyyat və texnika elmləri üzrə Problem Şurasının iclası keçirilib

17.04.2023 10:09 240 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Fizika-riyaziyyat və texnika elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, onlayn tədbirdə Problem şurasının üzvləri, elmlər və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.

İclasda əvvəlcə Problem şurasının sədr müavini, Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Afiq Həsənov çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, tədbir respublikanın müxtəlif ali məktəbləri, elmi tədqiqat müəssisələri, eyni zamanda AMEA-nın institut və təşkilatlarından daxil olmuş elmlər və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi məsələlərinə həsr olunub.

Sonra A.Həsənov elmlər və fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş dissertasiya mövzularını təqdim edib. Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iddiaçılar Problem şurası üzvlərinin suallarını cavablandırıblar.

Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti