Logo

Daha 10 tələbə Monpelye Universiteti ilə ikili diplom proqramını uğurla bitirib

15.04.2023 18:55 472 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 10 tələbəsi Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramını uğurla bitirib.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən bildirilib.

Qeyd olunub ki, UNEC-lə Monpelye Universitetinin ikili diplom proqramından məzun olan tələbə sayı 78 nəfərə çatıb.

3-cü kursu Monpelye Universitetində oxuyan tələbələr 4-cü kursdan təhsillərini İqtisad Universitetində davam etdirəcəklər. Tələbələr məzun olduqda UNEC-lə yanaşı, Monpelye Universitetinin də diplomunu əldə edəcəklər.

2023/2024-cü tədris ilində isə UNEC-in 15 tələbəsinin həmin proqramda iştirak etməsi nəzərdə tutulub.

Xatırladaq ki, 2016/2017-ci tədris ilindən başlayaraq UNEC tələbələri Monpelye Universitetinin beynəlxalq menecment və biznes ixtisası üzrə bakalavr diplomunu əldə edirlər.

Xəbər lenti