Logo

Direktor vəzifəsinə işə qəbul üzrə test imtahanları keçirilib - FOTO

15.04.2023 18:17 523 baxış
IMG

Aprelin 15-də şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq istəyən  namizədlər üçün test imtahanı keçirilib.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.

Test imtahanında 1108 nəfər iştirak edib.

Xəbər lenti