Logo

Azərbaycanlı gənclərin Beynəlxalq Astronavtika Konqresinə marağı artır

15.04.2023 11:41 285 baxış
IMG

Azərbaycanın gənc tədqiqatçı və tələbələrinin Beynəlxalq Astronavtika Konqresində aktiv iştirakını təmin etmək məqsədilə “Azərkosmos” tərəfindən “Tələbələr və gənc alimlər” adlı proqram həyata keçirilir.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Proqramın məqsədi azərbaycanlı gənclərin konqresə marağını artırmaq, onların aktiv iştirakını təşviq etməklə kosmos elminin və təhsilinin inkişafına töhfə verməkdir.

Proqram çərçivəsində Elm və Təhsil Nazirliyi, həmçinin nazirliyin “SABAH qrupları” layihəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və innovasiya mərkəzləri ilə əməkdaşlıq qurulub.

I mərhələdə 14 universitetdən 2200 tələbə üçün konqreslə bağlı infosessiya və silsilə görüşlər keçirilib. 1000-dən çox fəal gənci öz ətrafında birləşdirən 300-ə yaxın tələbə-gənclər təşkilatları ilə də görüşlər təşkil edilib.

Qeyd edək ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusuna həsr olunmuş konqresdə bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları kosmosun imkanlarına həsr olunmuş 189 texniki sessiya və digər tədbirlərdə iştirak edə biləcəklər.

Beynəlxalq Astronavtika Konqresində iştirak üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://www.iac2023.org/registration/ 

Konqres haqqında ətraflı məlumatı müvafiq linkdən əldə etmək mümkündür: www.iac2023.org 

Xəbər lenti