Logo

BMU tələbələri istehsalat təcrübəsində

05.03.2021 13:35 802 baxış
IMG

Bu ilin 16 fevral tarixindən Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin istehsalat təcrübəsinə göndərilməsinə start verilib. 25 may tarixində başa çatması nəzərdə tutulan istehsalat və pedaqoji təcrübələr mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edilir.

 

Cari tədris ilində İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 334 tələbə, Memarlıq və inşaat fakültəsi üzrə 109 tələbə, Mühəndislik fakültəsi üzrə 252 tələbə, Tərcümə (ingilis dili) ixtisası üzrə 39 tələbə olmaqla cəmi 734 tələbə istehsalat təcrübəsinə göndərilib.

 

Tələbələr istehsalat təcrübəsini Sumqayıt Texnologiya Parkı, Azertexnolayn MMC, Veysəloğlu Şirkətlər Qrupu, Azərsun Holding, Azərsu ASC-nin müəssisələri, Bank of Baku, Kapital Bank, Azər Türk Bank, Elektron Hökumətin İnkişafı Mərkəzi, Aztelekom MMC, Abşeron Rayon İcra Hakimiyyəti, Ramco QSC, Technol MMC, Suraxanı Rayon Gənclər və İdman İdarəsi, Şəms və Avrasiya tərcümə mərkəzləri, Azmarketing MMC, NSP Solutions MMC, Park Hill Properties MTK, Ram LTD və s. müəssisələrdə keçəcəklər.

 

Pedaqoji fakültə üzrə 191 nəfər tələbə isə pedaqoji təcrübəyə başlayıb. Pedaqoji təcrübələr bir sıra lisey və məktəblərdə, o cümlədən İdrak liseyi, Hədəf liseyi, Zirvə liseyi, Avropa Azərbaycan məktəbi, Landau məktəbi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təşkil olunub.

 

Bundan əlavə müxtəlif ixtisaslar üzrə 2-ci kurs magistrantların elmi-tədqiqat təcrübəsi 16 fevral – 15 mart 2021-ci il tarixlərində, elmi-pedaqoji təcrübələri isə 17 mart – 13 aprel 2021-ci il tarixlərində təşkil olunur. Yaz semestrində təşkil olunan təcrübə proqramında Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Dünya siyasəti, Beynəlxalq münasibətlər və diplomatiya, Metal konstruksiyaları və qurğular nəzəriyyəsi, Kompüter mühəndisliyi, İdarəetmədə informasiya sistemləri, Əsas üzvi sintezin kimyası və texnologiyası ixtisasları üzrə ümumilikdə 39 magistrant iştirak edir.

Xəbər lenti