Logo

AMEA-nın müxbir üzvü elmi-praktiki seminarda məruzə edib - FOTO

14.04.2023 20:36 381 baxış
IMG

Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda elmi-praktiki seminar keçirilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, akademiyanın müxbir üzvü Əlövsət Quliyev “Azərbaycanda su ehtiyatlarından istifadə, qədim su mənbələri-kəhrizlər” mövzusuna məruzə ilə çıxış edib.

Ə.Quliyev müasir dünyada şirin su mənbələrinin azalması, ətraf mühitin çirkləndirilməsi və sudan səmərəsiz istifadə nəticəsində mövcud su ehtiyatlarının sürətlə tükənməsi, həmçinin zəngin şirin su ehtiyatlarına malik kəhrizlər haqqında ətraflı məlumat verib. Alim qeyd edib ki, ekosistemlərə heç bir mənfi təsir göstərməyən kəhrizlər quraq zonalarda ən etibarlı qaynaq hesab olunur. Alimin məruzəsi böyük maraqla qarşılanıb və tələbələrin də iştirakı ilə müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Seminarda diqqətə çatdırılıb ki, suyun strateji əhəmiyyəti, ona qənaət istiqamətində maarifləndirici işin aparılması həmişə aktualdır.

Xəbər lenti