Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, şəhid Əliheydər Hüseynlinin doğum günüdür.
Tehsil.biz xəbər verir ki, Vətən müharibəsi şəhidi Əliheydər Hüseynli 1994-cü il aprelin 14-də Ağstafa rayonunda anadan olub. Əliheydər Hüseynli 2011–2015-ci illərdə AzTU-da təhsil alıb. O, 2015–2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. Əliheydər Hüseynli 44 günlük Vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
O, noyabrın 9-da Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Əliheydər Hüseynli ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.