Logo

BSU-da “TGT nədir?” mövzusunda infosessiya keçirilib - FOTO

14.04.2023 17:29 450 baxış
IMG

Aprelin 14-də Bakı Slavyan Universitetində (BSU) “TGT nədir?” mövzusunda infosessiya keçirilib.

Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib.

Tədbiri giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı baş tutan infosessiyaya universitetin fəal tələbələrinin qoşulduğunu deyib.  Ölkəmizdə gənclərlə bağlı təşkilat  və fondların yaranmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Prorektor Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı zəfərlə Azərbaycan gəncliyinin gücünü dünyaya sübut etdiyini də diqqətə çatdırıb.

ATGTİ-nin yeni üzv təşkilatlarla iş üzrə meneceri Rüfət Rüstəmov təşkilatın proqramlar çərçivəsindəki fəaliyyəti və həyata keçirilən digər işlər barəsində ətraflı məlumat verib.

BSU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədri, Tərcümə fakültəsinin tələbəsi Nuray Orucova göstərdikləri etimada görə tələbələrə və onun namizədliyini təsdiq edən universitet rəhbərliyinə təşəkkürünü bildirib.  O, TGT-nin fəaliyyəti  haqqında danışaraq təşkilatın idarə heyətinin yeni üzvlərini təqdim edib.

Sonra BSU TGT-nin idarə heyətinin üzvləri Günay İsayeva və Cavid Novruzov “TGT nədir?” adlı geniş  təqdimatla çıxış ediblər.

BSU TGT-nin idarə heyətinin üzvü Elxan Verdiyev “BSU TGT”  adlı videoçarxı nümayiş etdirib.

Tədbir sual-cavab şəklində davam edib.

Xəbər lenti