Logo

Dövlət Vergi Xidməti BDU tələbələrinə təlim keçib - FOTO

14.04.2023 16:15 387 baxış
IMG

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı Dövlət Universitetində tələbələr üçün təşkil olunan sayca ikinci “Yay Təcrübə Proqramı” çərçivəsində proqramın təqdimatını keçirib və vergi mövzusunda təlimlər təşkil edib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, təqdimatlarda DVX-nin İnsan resursları baş idarəsinin əməkdaşları tərəfindən tələbələrə keçiriləcək təcrübə proqramı haqqında ətraflı məlumat verilib, proqramda iştirak üçün qeydiyyat prosesi və seçim mərhələləri barədə zəruri qeydlər çatdırılıb. Təqdimatdan sonra DVX-nin Tədris Mərkəzi tərəfindən tələbələr üçün “Vergi öhdəlikləri və onların yerinə yetirilməsi” və “Vergi məsuliyyəti nədir?” mövzuları üzrə təlimlər keçirilib.

Xatırladaq ki, “Yay Təcrübə Proqramı”na qeydiyyat cari ilin aprel ayının 30-na qədər davam etdirilir. Müraciət aşağıdakı linkə keçməklə mümkündür.

Xəbər lenti