Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib.
Tehsil.biz xəbər verir ki, Adil Qabil oğlu Kərimli 1979-cu ildə doğulub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib.
Daha sonra Bakı Dövlət Universitetində cinayət hüququ ixtisaslaşması üzrə doktorantura təhsili alaraq, hüquq üzrə fəsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
O, doktorantura işi üçün "Qəsdən adam öldürmə cinayətlərinin tövsüfündə motivin yeri və rolu" adlı dissertasiya işi müdafiə edib.
Bunun ardınca İtaliyada "Beynəlxalq və transmilli cinayətlər" istiqaməti üzrə ixtisaslaşma kursu keçib.
Daha sonra 4 il "Pro Bono" Vəkil Bürosunda vəkil işləyib.
A.Kərimli 2010-cu ildə Azərbaycanın "Eurovision" yarışmasındakı nümayəndə heyətinin rəhbəri olub.
Prezident İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.
İngilis və rus dillərini bilir.
Qeyd edək ki, Adil Kərimli Prezidentin 2012-ci il 8 oktyabr tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin edilmişdi.