Logo

BMU-da ABB Tech Akademiyasının yeni proqramları ilə bağlı məlumatlandırma günü keçirilib

14.04.2023 15:03 214 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Beynəlxalq Bankının Korporativ Sosial Məsuliyyət layihəsi - ABB Tech Akademiyası tərəfindən informasiya texnologiyaları sahəsi üzrə elan edilən yeni proqramlarla bağlı məlumatlandırma günü keçirilib.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Tədbirdə ABB Tech Akademiyasında Linux idarəetmə sistemi, Full Stack tərtibatçılıq, QA Avtomatlaşdırma, İT Biznes analitika kimi 4 istiqamət üzrə yeni proqramlara qeydiyyatın başlandığı nəzərə çatdırılıb.

ABB-nin İnnovasiya Mərkəzinin tələbə və rezidentlərlə iş üzrə mütəxəssisi Aytac Rəcəbli və Mərkəzin daxili və xarici əlaqələr üzrə mütəxəssisi Azad Əliyev təqdimatla çıxış edərək, proqramlara qəbul qaydaları, şərtləri ilə bağlı tələbələri məlumatlandırıblar.

Bildirilib ki, ABB Tech Akademiyasında fərdi və qrup şəklində praktiki fəaliyyətləri əhatə edəcək tədris prosesinə beynəlxalq təcrübəli mütəxəssislər cəlb olunub. Proqrama yüksək göstəricilərlə qəbul alan tələbələr ABB və "Technest" təqaüd proqramı çərçivəsində tam ödənişsiz təhsil imkanı əldə edəcəklər.

Məlumatlandırma günündə "Technest" təqaüd proqramına müraciət qaydaları, mərhələləri, qazandırdığı fürsətlər də izah olunub.

Tədbir tələbələri maraqlandıran istiqamətlər üzrə sualların cavablandırılması ilə başa çatıb.

Xəbər lenti