Logo

Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin baş icraçı direktoru UNEC-də olub

14.04.2023 09:51 338 baxış
IMG

Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin baş icraçı direktoru professor Karl Ennsfellner Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən bildirilib.

UNEC rektoru professor Ədalət Muradovla görüşən baş icraçı direktor Karl Ennsfellnerə universitetin tədris proqramları, beynəlxalq əlaqələri barədə məlumat verilib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub və hər iki universitet arasında əməkdaşlıqla bağlı ilkin razılıqlar əldə edilib.

Xəbər lenti