Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsi şəhidi Mahmud Cavadovun doğum günüdür.
Tehsil.biz xəbər verir ki, Mahmud Cavadov 1999-cu il aprelin 13-də Bakıda anadan olub.
M.Cavadov 2016-2020-ci illərdə AzTU-da ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanan Mahmud Cavadov 44 günlük Vətən müharibəsində iştirak edib. O, 2020-ci il noyabrın 27-də Ağdərə uğrunda döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Mahmud Cavadov II Fəxri xiyabanda dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mahmud Cavadov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.