Logo

ADU-nun jurnalistika ixtisasında təhsil alan tələbələr infoturda iştirak edib - FOTO

13.04.2023 19:51 462 baxış
IMG

Aprelin 12-də Azərbaycan Dillər Universitetinin jurnalistika ixtisasında təhsil alan tələbələr Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) infoturda iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

İnfotur Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "Davam" Gənclər Hərəkatının tərəfdaşlığı ilə "Gənc media nümayəndələrinin peşə təcrübə proqramı" adlı layihə əsasında keçirilib.

İnfotur zamanı tələbələr mətbuat orqanının binası və orada gedən proseslər ilə yaxından tanış olublar. Gəzinti zamanı media nümayəndələri tələbələrin suallarını cavablandırıb.

Layihə çərçivəsində müasir medianın əsas prinsipləri, gənc jurnalistlərin media sahəsində üzləşdiyi problemlərin həlli yolları ilə bağlı gənclərə ətraflı məlumat verilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən "İdeyanı Reallaşdır 2022" Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi çərçivəsində qalib olub.

Xəbər lenti