Mərkəzi Bankın İnsan resursları departamentinin əməkdaşları aprelin 13-də ADA Universitetinin tələbələri ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, görüş zamanı gənclərə Mərkəzi Bank və hazırda müraciətlərin qəbulu gedən "Maliyyəçisən" təcrübə proqramı barədə məlumat verilib.
Fəal gənclərin Mərkəzi Bankda olan inkişaf imkanları və layihələrə marağı universitetlərlə yeni inkişaf layihələri üçün əməkdaşlıq zəmini yaradır.


