Logo

BSU-da autizmlə bağlı maarifləndirici seminar keçirilib - FOTO

13.04.2023 15:32 442 baxış
IMG

Aprelin 11-də Bakı Slavyan Universitetində (BSU) Ümumdünya Autizm Aylığı çərçivəsində autizmlə bağlı maarifləndirici seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib.

BSU-nun İbtidai təhsil kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədova universitetdə autizm mövzusunda maarifləndirilmə ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib. Bu günkü seminarın məqsədinin müəllim və tələbələri autizmlə bağlı məlumatlandırmaqdan ibarət olduğunu deyib.

İnklüziv təhsil üzrə ekspert Fərid Süleymanov tədbirin təşkilati və mənəvi dəstəyinə görə universitet rəhbərliyinə təşəkkür edib. BSU-nun inklüziv təhsil istiqamətində ardıcıl əməli işlər həyata keçirən ali təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb.

Sonra “Birgə və Sağlam” İctimai Birliyinin mütəxəssisi Şəbnəm Əfəndiyeva autizm haqqında geniş təqdimatla çıxış edib. Tədqimatda autizmin əlamətləri, dünya üzrə autizmli şəxslərin statistikası, autizm diqanostikası kimi məsələlərə toxunulub.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, autizmlə bağlı praktik məşğələ keçirilib

Xəbər lenti