Təhsil İnstitutu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı maarifləndirici görüşləri davam etdirilir.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, növbəti görüş Təhsil İnstitutu tərəfindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri, Goranboy-Naftalan, Göygöl, Daşkəsən və Samux rayonları üzrə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri üçün təşkil edilib.
Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva müəllimlərə sertifikatlaşdırmanın mərhələləri, təşkili, məzmunu və çərçivə sənədi ilə bağlı məsələlər barədə məlumat verib.
Görüşdə müəllimlərin sualları cavablandırılıb.