Logo

Kembric Universitetinin professoru magistrantlara mühazirələr keçib - FOTO

13.04.2023 10:31 485 baxış
IMG

Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun  rəhbəri, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, professor Qərib Mürşüdov MBBİ-nin I kurs magistrantlarına “Biostatistika” və “Struktur biologiyanın üsulları” ixtisas kursundan mühazirələr keçib.

Bu barədə "Tehsil.biz"ə MBBİ-dən məlumat verilib.

Mühazirələrdə magistrantlardan əlavə, institutun doktorant və dissertantları da iştirak ediblər. Qeyd etmək lazımdır ki, Qərib Mürşüdov mühazirələrini açıq dərs şəklində “Zoom” platforması üzərindən aparır və maraqlanan hər kəs bu dərslərdən faydalana bilər.

Xəbər lenti