Logo

BANM-də Qazaxıstan nümayəndələri ilə görüş keçirilib - FOTO

13.04.2023 10:11 415 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbində Qazaxıstanın KİMEP Universitetinin və “Bolaşaq” İnkişaf Fondunun nümayəndələri ilə görüş keçirilib.

BANM-dən "Tehsil.biz"ə verilən məlumata görə, öncə nümayəndə heyəti ali məktəbin kampusu ilə tanış olub.

Onlara buradakı müasir tədris mühiti, yaradılan şərait və #tədqiqat imkanları barədə ətraflı məlumat verilib.

Sonra keçirilən görüşdə BANM-in Mühəndislik fakültəsinin dekanı Sevda Zərgərova qonaqlara Bakı Ali Neft Məktəbinin ixtisasları, tədris proqramı, Prezident təqaüdçülərinin sayı, məzunların SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışmaları barədə məlumat verib.

Görüşdə birgə proqramların, tədbirlərin, elmi konfransların həyata keçirilməsi, tədqiqat imkanları, tələbələrin mübadiləsi üzrə əməkdaşlıq müzakirə olunub.

Xəbər lenti