Aprelin 7-də Azərbaycan Dövlət İqtisad Universitetində 37 fənn üzrə təlim proqramını uğurla bitirən müəllimlərə sertifikatlar təqdim olunub.
Tehsil.biz xəbər verir ki, sertifikatları Türkiyənin Hacettepe, İstanbul, Ankara, Yıldız Texnik,Qazi, Artvin Çoruh Universitetlərindən və Rusiyanın Moskva Dövlət Qida İstehsalı Universitetindən dəvət olunmuş professor ve dosentlər təqdim ediblər.
VI təlim proqramında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) əməkdaşları - Həsənova Tamilə, Abbasov Kənan və Cəfərova Məhsəti iştirak edərək müvəffəqiyyət qazanıblar və sertifikatla təltif olunublar.



