Logo

Lənkəran Dövlət Universitetində nə baş verir? - Tələbələr şikayət edir

05.03.2021 11:47 1872 baxış
IMG

Lənkəran Dövlət Universitetinin (LDU) tələbələri adından Tehsil.biz redaksiyasına göndərilən şikayət məktubunu təqdim edirik:

 

“Salam, Lənkəran Dövlət Universitetinin bir qrup tələbələri adından sizə müraciət edirik. Bildiririk ki, universitetimizdə bal kəsintiləri olur. Belə ki, kollekviumda topladığımız ballar bölünür. Məsələn, əgər kollekviumdan 10 bal toplamışıqsa, onun müəyyən qədərini çıxırlar Səbəbini soruşduğumuz zaman isə müəllimlər məsələni dekanın, dekan isə müəllimlərin üstünə atır. Hətta müəllimlər balın o qədər də aşağı yazılmadığını deyirlər. Qiymətlərimiz dekanlıq və rektor tərəfindən kəsilir, bu da imtahan ballarımıza mənfi təsir edir. Növbəti problemimiz isə təqaüdlərlə bağlıdır. Biz hansı ayın təqaüdünü hansı ayda aldığımızı bilmirik. Təqaüdlərimiz çox gecikir. Ümumiyyətlə bu universiteti tez zamanda bitirib canını qurtarmaq istəyən tələbələr də var. Xahiş edirik ki, sadaladığımız problemlərin öz həllini tapmasında bizə köməklik göstərəsiniz. Sosial şəbəkələrdə də axtarış etsəniz, tələbələrin təqaüdlərlə bağlı çox yerdə şikayət bildirdiklərinin, təqaüd tələb etmələrinin şahidi olacaqsınız. Təqaüd alan tələbələrin siyahısı düzgün tərtib edilmir. Prorektor Kazımov Kamran tərəfindən tələbəyə qarşı edilən böyük haqsızlığa görə həmin prorektoru polisə şikayət etmək istəyən tələbə də var. Bizə doğru bal versəydilər, biz də əlaçı ola bilərdik. Distant təhsildə balları haqsız yerə kəsirlər.  Müəllimlər biraz anlayış göstərsəydilər, yaxşı olardı.  Ədalətsizlik olmasaydı, bəlkə də ən birinci yerdə olardı LDU. Haqsız qaiblər var, onlayn dərsə 5 dəqiqə üzrlü səbəbdən gecikən tələbəyə qaib qoyurlar. Əyani dərsdə mühazirə oxunduqda eşitməyib növbəti dəfə soruşanda belə sinifdən atıb qaib yazırlar. Məsuliyyətsizlik baş alıb gedir. İmtahan cavabları səhv yoxlanılır. Cədvəllər düzgün tərtib edilmir. Biz Lənkəran Dövlət Universitetini yox, universitet bizi bitirəcək”.

 

Qeyd: Qarşı tərəflərin mövqe bildirmələrini gözləyirik!

Xəbər lenti