Logo

Mart ayında UNEC-ə aid elmi əsərlərin xarici müəlliflik göstəriciləri açıqlanıb

12.04.2023 16:27 413 baxış
IMG

Mart ayı üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) əməkdaşlarının 29 elmi əsəri nüfuzlu elmi nəşr platformalarında indesklənib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, elmi əsərlərin 17-si xarici ali təhsil müəssisələrinin 44 tədqiqatçısının həmmüəllifliyi ilə yazılıb.

Müəlliflərdən 20 nəfəri Türkiyə, 6-sı İran, 5-i Çin, 4-ü Almaniya, 4-ü İtaliya, 2-si Cənubi Afrika, 2-si Ukrayna, 1-i Finlandiya, 1-i Kolumbiya, 1-i Böyük Britaniya, 1-i Çilinin ali təhsil müəssisəsinin təmsilçisidir.

Xəbər lenti