Logo

“Rəqəmsal bacarıqlar” təmayül 10-cu siniflərin sayı artırılacaq

12.04.2023 15:04 368 baxış
IMG

2023-2024-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika təmayüllü 10-cu siniflərin sayının artırılması və 40 məktəbdə həyata keçirilməsi planlaşdırılır.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, növbəti tədris ilində “Rəqəmsal bacarıqlar” təmayül 10-cu siniflərdə təhsil almaq istəyən 9-cu sinif şagirdləri üçün qeydiyyat prosesi artıq başlayıb.

Qeydiyyat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

http://digitalskills.edu.az/
http://digitalskills.edu.az/ru

Qeydiyyat prosesindən sonra 9-cu sinif şagirdləri test imtahanında iştirak etməlidirlər. İlk cəhddən imtahandan keçə bilməyənlər üçün bir aylıq intensiv kurs təşkil olunacaq və onlara yenidən iştirak şansı veriləcək. İmtahandan uğurla keçən şagirdlər təklif olunan məktəblərdən birini seçib yerdəyişmə etdikdən sonra sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim edə bilərlər.

Qeyd edək ki, 2021-2022-ci tədris ilindən etibarən layihə çərçivəsində təhsilini İT sahəsi üzrə davam etdirmək istəyən 10-cu siniflər üçün informatika fənnini dərindən tədris edən təmayül siniflər açılıb. 2022-2023-cü tədris ilində Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən 23 məktəbdə bu siniflərdə təhsil alan şagirdlərin sayı 710 nəfərə çatıb.

Xəbər lenti