Logo

Müəllimlər sertifikatlaşdırılma prosesi barədə maarifləndirilib

12.04.2023 13:53 497 baxış
IMG

Müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən maarifləndirici görüşlər davam edir.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, növbəti görüş Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri üçün təşkil olunub.

Görüş iştirakçılarına sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında ətraflı məlumat verilib. Həmçinin sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılmasında və əməkhaqqının diferensiallaşdırılmasında nəzərə alınacağı bildirilib və müəllimlərin sualları cavablandırılıb.

Xəbər lenti