Logo

ADU tələbələri Ohanami bayramını qeyd ediblər - FOTO

12.04.2023 12:45 411 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq (BMR) fakültəsi nəzdində Xarici dillər kafedrasının yapon dili müəllimi Xanım Xəlilovanın təşəbbüsü ilə BMR fakültəsinin yaponşünalıq ixtisasında təhsil alan 172r, 269 və 365 qrup tələbələri və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, Yapon Bağında Ohanami bayramını  qeyd ediblər.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşı Cənab Amada Keiko ailəsi və Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçinin xanımı Vada xanım iştirak ediblər. Cənab Amada Keiko uşaqları ilə Yapon və Azərbaycan oyunları oynayıblar.

Ohanami bayramı əsasən sakura çiçəkləyən zaman insanların birlikdə sakura çiçəklərini izləyərək əylənmələridir.  

Tədbir zamanı BMR fakültəsində təhsil alan tələbələr Yapon dilində şifahi nitqlərini təkmilləşdirərək Yaponiya mədəniyyəti ilə yaxından tanış olublar.

Xəbər lenti