Logo

UNEC-in dosenti vəfat edib

12.04.2023 10:53 425 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və audit kafedrasının dosenti Cəmaləddin Zərbəliyev vəfat edib.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən bildirilib.

Zərbəliyev Cəmaləddin 1947-ci ildə anadan oub.

1966-1970-ci illərdə UNEC-i Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə bitirib. Həmin ildən universitetdə laborant kimi işə qəbul olunub,

C.Zərbəliyev 1973-cü ildən müəllimlik fəaliyyətinə başlayıb. 2005-2020-ci illərdə Uçot-iqtisad fakültəsinin (indiki Maliyyə və mühasibat) dekan müavini olub.

Xəbər lenti