SOCAR-ın Bakı Ali Neft Məktəbinin struktur bölmələri, şöbə və kafedralarının 2022-ci ilin hesabatı üzrə təqdimatları keçirilib.
BANM-dən "Tehsil.biz"ə bildirilib ki, ümumilikdə 11 hesabat iclası keçirilib və bu iclaslarda 34 təqdimat dinlənilib.
Təqdimatlarda il ərzində görülən işlər barədə məlumat verilib, illik hesabatlar təqdim edilib.
Hədəflər, fəaliyyət istiqamətləri barədə də məlumatların yer aldığı təqdimatlar gələcəkdə struktur bölmələri, şöbə və kafedraların daha məhsuldar və keyfiyyətli fəaliyyətinə xidmət məqsədilə təşkil olunub.
Çıxış edənlər tərtib edilmiş dəyərləndirmə sisteminə uyğun olaraq rəhbərlik və dinləyənlər tərəfindən qiymətləndirilib.



