Logo

ADU-da ingilis dilində interaktiv debat keçirilib

11.04.2023 22:38 429 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Təhsil-2 fakültəsi nəzdində Linqvokultrologiya kafedrasının təşkilatçılığı ilə "Haydar Aliyev and his youth policy" adlı interaktiv debat keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, sözügedən interaktiv debatda Təhsil-1 və Təhsil-2 fakültələrinin tələbələrinin ingilis dilində çıxışları dinlənilib və videotəqdimatları nümayiş olunub.

İştirakçılar tərəfindən bəyənilən ən yaxşı video təqdimatlar fənn müəllimi Fil.f.d.b/m. A.Məmmədzadə tərəfindən qiymətləndirilib.

Tədbirdə fakültə dekanı dos. S.Nuriyev, kafedra müdiri prof. M.Qazıyeva və kafedranın əməkdaşları iştirak edib.

Xəbər lenti